Rusiyanın İtaliyadakı səfiri Xarici İşlər Nazirliyinə ÇAĞIRILIB

 06-06-2022

Rusiyanın İtaliyadakı səfiri Sergey Razov mətbuatda İtaliyanı Rusiya əleyhinə kampaniya aparmaqda ittiham etdiyi üçün bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Departamentin baş katibi Ettore Sekui Rusiya XİN-in ittihamlarını rədd edib. Bu barədə İtaliya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Həmçinin İtaliya Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynaya qarşı əsassız hücumu ilə bağlı fikir bildirib və bu müharibənin danışıqlar yolu ilə tezliklə bitəcəyinə ümid etdiyini qeyd edib. Bundan əlavə, departament Ukrayna limanlarından taxılın ixracı ilə bağlı ən qısa zamanda razılaşmaların əldə edilməsinin zəruriliyini vurğulayıb.

Mənbə: Gazeta.ru

Bənzər yazılar

0.56809496879578