Havanada güclü tufan iki nəfərin həyatına son qoyub, azı qırx yaşayış binasına ziyan dəyib.
Məlumata görə, 400-ə yaxın paytaxt sakini təbii fəlakət zonalarından təxliyə edilib, 2 minə yaxın insan təhlükəli əraziləri özbaşına tərk edib.
Havananın bir sıra rayonlarının, əsasən də mərkəzi hissəsinin sakinləri sosial şəbəkələrdə leysan yağışların səbəb olduğu daşqınlardan şəhərin ciddi şəkildə zərər çəkdiyini bildirirlər.
Mənbə: “İnterfaks”