Məşhur müğənni Sıladan PİS XƏBƏR: Sümüyünü sındırdı, konserti LƏĞV OLUNDU - VİDEO

 04-06-2022

Türkiyənin məşhur müğənnisi Sıladan sevənlərinə pis xəbər gəlib.

MillətinSəsi.info xəbər verir ki, müğənni təxminən 20 gün əvvəl yıxılaraq daşa dəyib və körpücük sümüyünü sındırıb.

Son müayinədən sonra həkimlər Sılaya konsertlərini yarımçıq qoymalı olduğunu bildiriblər.

Bununla bağlı müğənni sosial şəbəkə hesabında paylaşım edib və iyun ayına planlaşdırdığı konsertlərin ləğv olunduğunu bildirib.

“Bu, yeni hadisə deyil, əslində mayın 10-da baş verib. Məlum hadisəyə görə ilk üç konsertimizi ləğv etdik. Təbii ki, çox böyük mənəvi sarsıntı yaşadım. Sağalma dövrüm davam edəcək. Bu vəziyyəti sizə bildirmək istədim. Tezliklə qucaqlaşmaq ümidi ilə”, - deyə Sıla paylaşımında qeyd edib.

Sözügedən paylaşımı təqdim edirik: 

 
Dilşad Bəhruzqızı

Bənzər yazılar

0.36149382591248