Prezident İlham Əliyev İtaliyanın Azərbaycandakı səfirliyində olub

 16-06-2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da İtaliya Respublikasının ölkəmizdəki səfirliyində olub, İtaliya Respublikası Nazirlər Şurasının keçmiş Sədri Silvio Berluskoninin vəfatı ilə əlaqədar başsağlığı verib.

MillətinSəsi.info xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın ölkəmizdəki səfirliyinə gəlib.

İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri dövlətimizin başçısını qarşılayıb.

Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb.

Bənzər yazılar

0.98821902275085