"Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.
APA.az bildirir ki, bu gün Səbail Rayon Məhkəməsində təqdimata baxılıb.
Məhkəmə Ə. Orucov barəsində həbs qətimkan tədbirinin müddətinin 1 ay uzadılmasına qərar verib.
"Kanal 13" internet televiziyasının əməkdaşı Şamo Eminov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı da məhkəməyə təqdimat göndərilib. Səbail Rayon Məhkəməsində təqdimata baxılıb və Ş. Eminov barəsində həbs qətimkan tədbirinin müddətinin 1 ay uzadılmasına qərar verib.
Qeyd edək ki, Ə.Orucov Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə ittiham edilir.
Ş. Eminova Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.