Şeyx Əbdül Mahmudovun cəsarətli filmləri: Erməniləri ayağa qaldıran məsələ

 02-06-2024

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayı Xalq artisti, kinorejissor Əbdül Mahmudovun Azərbaycan kinosundakı fəaliyyətinə həsr olunub.

Xalq artistinin rejissorluq etdiyi filmlər haqqında danışan Əməkdar incəsənət xadimi Cəmil Quliyev onun yaradıcılığını səciyyələndirən əsas xüsusiyyətin cəsarət olduğunu qeyd edib.

"Əbdül Mahmudovun "Atları yəhərləyin" filmi dövlət mükafatı almışdı. Ermənilər bu filmə görə çox böyük hay-küy salmışdılar, onu qadağan etdirmək istəyirdilər. Çünki Qaçaq Nəbi erməni işğalçılarına qarşı da mübarizə aparmışdı", - deyə o söyləyib.

Xalq artisti Həmidə Ömərova isə Ə.Mahmudovun rejissorluq etdiyi daha bir filmin "Doğma sahillər"in çəkilişi barədə danışıb:

"Film sərhədçilər haqqında idi. Mən polkovnikin həyat yoldaşı "Zivər" obrazını canlandırırdım. Film Ordubadda çəkilirdi. Epizodlarından birində "Zivər"ə avtomat verməli idilər ki, atəş açmağa başlasın. Birdən komandir əmr verdi ki, yerə uzanın. Sən demə, sərhəd zonası olduğu üçün avtomatlarda saxta güllələr yox imiş. Mən də silahı elə formada tutmuşdum ki, istənilən vaxt atəş açıla bilərdi. Xəbərdarlıq edən kimi avtomatı yerə atdım".

Ətraflı Baku TV-nin videomaterialında:

Bənzər yazılar

0.056810140609741