Türkiyənin Sakarya vilayətinin Serdivan rayonunda baş vermiş atışma nəticəsində azı beş nəfər ölüb, daha beş nəfər isə yaralanıb.
Bu barədə Oxu.Az "Anadolu" agentliyinə istinadla xəbər verir.
Bildirilir ki, qonşuluqda yaşayan iki ailə arasında baş vermiş münaqişə zamanı hər iki tərəf tapançalardan atəş açıb.
Polis insidentlə əlaqədar dörd nəfəri saxlayıb. Fakt üzrə təhqiqat aparılır.