Kişinyov məhkəməsi Moldovanın Qaqauz Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsulu ev dustaqlığına məhkum edib.
Yeniavaz.com xəbər verir ki, Bu barədə “NewsMaker” nəşri məlumat yayıb.
Məlumata görə, ev dustaqlığı müddəti 20 gün olacaq.
Qutsulun vəkili Nataliya Bayram “RİA Novosti”yə bildirib ki, Kişinyov rayon məhkəməsinin ev dustaqlığı qərarından apellyasiya şikayəti verəcək:
“Biz məhkəmənin qərarı ilə qətiyyən razı deyilik və dərhal apellyasiya şikayəti verəcəyik. Bu qabaqlayıcı tədbiri əsassız və həddindən artıq sərt hesab edirik. Biz tam azadlığa nail olmağa çalışacağıq”.
Qeyd edək ki, Qutsul martın 28-dən həbsdədir. O, martın 25-də rusiyayönlü “Şor” siyasi partiyasına qarşı iş çərçivəsində saxlanılıb. O, mütəşəkkil cinayətkar qrupun tərkibində siyasi partiyanı və seçkiyə namizədi qanunsuz olaraq maliyyələşdirməkdə ittiham olunur.
Həbs edildikdən sonra Qutsul Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək Moldova hakimiyyətinə təzyiq göstərməsini istəyib.