Bakıda köhnə beşmərtəbəli binalardakı mənzillər kütləvi satışa çıxarılıb.
"Ölkə.az" Xezerxeber.az-a istinadən xəbər verir ki, insanlar arasında "Xruşşovka" kimi tanınan və sovet dövründən qalmış keçmiş beşmərtəbəli binalardakı mənzillərin kütləvi satışı müşahidə olunur.
Eskpertlərin fikrincə, digər mənzillərə nisbətən hündürlüyü və sahəsi daha kiçik olan bu evlər adətən alıcılar tərəfindən çox da rəğbət görmür.
Çoxları bazardakı tendensiyanı köhnə binalarin tezliklə söküləcəyi xəbəri ilə əlaqələndirirlər.
Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc "Xəzər Xəbər"ə bildirib ki, Bakının yeni Baş Planına uyğun köhnə binaların əksəriyyətinin söküləcəyi xəbəri bazara ciddi təsir edib.
Vüqar Oruc vətəndaşların artıq yeni mənzillərə daha çox meyil göstərdiklərini qeyd edib.
Ekspertlər hesab edirlər ki, bu proses davam edəcək və nəticədə daşınmaz əmlak bazarında köhnə binalar üstünlük təşkil edəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.