DYP sosial şəbəkə istifadəçilərinə müraciət etdi

 24-05-2023

Bakı şəhər Dövlət Yol Polis İdarəsi sosial şəbəkə istifadəçilərinə müraciət edib.

Bu barədə\ idarənin əməkdaşı, polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, sosial şəbəkələrdə müxtəlif formada avtomobillərin iştirakı ilə, xüsusən də keçmiş illərdə qeydə alınan qanun pozuntularının, avtoxuliqanlıq əməllərinin videomateriallarını müxtəlif sosial şəbəkə platformalarında yerləşdirməklə paylaşım edib, çaşqınlıq yaradılır. Ən əsası isə, əks təbliğat işləri aparmaqla cəmiyyətə qanunsuz hərəkətlər bilərəkdən və ya məsuliyyəti düzgün formada dərk etmədən, xüsusən də gənc nəslə neqativ hərəkətlər nümunə kimi təqdim olunur:

“Bəzi şəxslər sosial şəbəkə hesablarında izləyici yığmaq üçün qayda pozuntularını çəkərək, onları dırnaq arası qəhrəmanlıq kimi təqdim etməklə cəmiyyətə yanlış hərəkətləri aşıladıqlarını unutmamalıdırlar. Belə xoşagəlməz hərəkətlərin təbliği cəmiyyətin və dövlətin qanunla qorunan maraqları baxımından yolverilməzdir. Qanunun aliliyi prinsiplərinə sadiq qalmaqla və ictimai asayişin, eləcə də vətəndaşımızın təhlükəsizliyinin qorunması üçün maarifləndirici, təsiredici imkanları olan daha kreativ videoların paylaşılmasını tövsiyə edirik.

Cəmiyyətimiz üçün aqressiya və hüquqpozma təbliğatı aparan şəxsləri məsuliyyətli olmağa çağırırıq. İstənilən bloqerə, cəmiyyətdə nüfuz sahibi olan ictimaiyyətin müsbət mənada qəbul etdiyi, həyat tərzi və davranışları ilə cəmiyyətə örnək ola biləcək şəxslərə isə bütün imkanlarımızdan istifadə etməklə dəstək ola biləcəyimizi də hər zaman vurğuladığımız kimi bir daha xatırlatmağı da faydalı hesab edirik. Gəlin, həmrəylik nümayiş etdirib ölkəmizdə yaşayan hər bir şəxsə qanunlara hörmətlə yanaşıb, məsuliyyətli vətəndaş olmağı və təhlükəsizlik mədəniyyətini təbliğ edək!”

Bənzər yazılar

0.46070504188538