Naxçıvanda Doğum Mərkəzini su basıb

 23-05-2023

Yağan güclü yağış Naxçıvanda Doğum Mərkəzinin binasına ziyan vurub.

Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, Doğum Mərkəzinin dəhlizlərini və lifti su basıb.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi güclü yağışlardan sonra Doğum Mərkəzini su basması ilə bağlı məsələyə münasibət bildirib.

Qurumdan bildirilib ki, hazırda problem aradan qaldırılıb: “Dünəndən proseslə bağlı işlər gedir. Problem artıq aradan qaldırılıb. Zirzəmi qatının çıxışı həyətə tərəfə olduğundan yağış suları içəri dolub. Həmin vaxt xəstəxanada həkimlər, xəstələr olublar. Zərərçəkən olmayıb. Çünki həmin qatda tibbi personal olmayıb. Heç bir narahatlıq yoxdur”.

Qeyd edək ki, ötən gün Naxçıvan şəhərində güclü yağış yağıb. Yağan yağış bir sıra fəsadlara səbəb olub.

Həmin görüntüləri təqdim edirik:

Bənzər yazılar

0.27287483215332