Gimnastımız Avropa çempionatında topla hərəkətlərdə üçüncü yeri tutdu

 21-05-2023

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında Azərbaycan idmançısı Zöhrə Ağamirova topla hərəkətlərdə üçüncü yeri tutub.

Trend xəbər verir ki, o, çıxışına görə 32,850 xal toplayıb.

İtaliyalı Sofiya Raffaeli 33,650 xalla birinci olub. İkinci yeri 33,350 xalla Bolqarıstanı təmsil edən Stilyana Nikolova tutub.

Qeyd edək ki, 17-21 may tarixləri arasında Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçirilir. Bakıda “Shine like a star” (Ulduz kimi parla) şüarı altında keçirilən Avropa çempionatında 38 ölkədən gimnastlar iştirak edirlər.

Bənzər yazılar

0.40128397941589