Azərbaycan akrobatları Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük Bakıdakı dünya çempionatında finala vəsiqə qazanıb.
MillətinSəsi.info xəbər verir ki, duet təsnifat mərhələsində 28,760 xalla 1-ci olub.
Sabir Ağayev və Mehriban Salmanovadan ibarət cütlük isə 26,890 xalla 8-ci yeri tutub və təsnifat mərhələsində mübarizəni dayandırıb.
Ümumilikdə 13 ölkədən 6 cütlük sabah keçiriləcək finala adlaya bilib.
Qeyd edək ki, daha əvvəl Daniel Abbasov və Murad Rəfiyevdən ibarət cütlük templə hərəkətlərdə martın 12-də keçiriləcək finalda iştirak hüququ əldə edib.