Siyavuş Aslanın oğlunun ölüm səbəbi AÇIQLANDI

 05-05-2023

Mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, o, 5 gün öncə dünyasını dəyişib.

Məlumata görə, hazırda onun nəşi Sabunçu Tibb Mərkəzinin morqundadır və 5 gündür ki, Ç.Aslanovun cənazəsini təhvil alan yoxdur. 

Qeyd edək ki, Çingiz Aslanov tüfeyli həyat tərzi keçirib. Onun küçələrdə gecələməsi ilə bağlı dəfələrlə görüntülər yayılıb. Ç.Aslanov 2021-ci ildə sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilsə də, öz istəyi ilə oranı tərk etmişdi.

Mərhum Xalq artisti Siyavuş Aslanın böyük oğlu Çingiz Aslanovun ölümü ilə bağlı bəzi məqamlar dəqiqləşib. 

Onun bir neçə gün əvvəl Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Mərkəzində vəfat etməsi məlum olub. 

Həmin vaxt mərkəz əməkdaşları Ç.Aslanovun yaxınlarını axtarsalar da, heç kimi tapa bilməyiblər. 

Daha sonra Ç.Aslanovun nəşi ərazi üzrə Sabunçu Tibb Mərkəzinin morquna təhvil verilib.

Çingiz Siyavuşoğlu 27.04.2023-cü il tarixində Nəsimi rayonu ərazisindən çağırış əsasında TƏBİB-in tabeliyindəki Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən küçədən təxliyə olunub.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, ona Kliniki Tibb Mərkəz, 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında, eləcə də Sabunçu Tibb Mərkəzində zəruri tibbi xidmətlər göstərilib.

Aparılan reanimasyon tədbirlərə baxmayaraq, 29.04.2023 tarixdə bioloji ölüm baş verib.

Ona infeksion hepatit, qaraciyər sirrozu, assit diaqnozları qoyulub.

Nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu şöbəsinə təhvil verilib.

Bənzər yazılar

0.42078900337219