Moskvanın Basmannı məhkəməsi “Nə? Harada? Nə vaxt?” televiziya oyununun iştirakçısı Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı çıxarıb.
MillətinSəsi.info xəbər verir ki, bu barədə “RİA Novosti”yə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
“Məhkəmə istintaqın vəsatətini təmin edib və Əsgərov barəsində Rusiya Federasiyasının ərazisində saxlandığı və ya ekstradisiya edildiyi andan iki ay müddətinə həbs qətimkan tədbiri seçib”, - agentliyinin məhkəmədəki mənbəsi bildirib.
Qeyd edək ki, bundan əvvəl İstintaq Komitəsi ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi ilə nasizmin təbliğatı və bərpasına cəhdə görə cinayət işi açıb.