Ötən il Azərbaycanda saxlanılan azyaşlıların sayı açıqlanıb.
MillətinSəsi.info xəbər verir ki, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib ki, 2021-ci ildə valideyn nəzarətindən, ictimai təsir vasitələrindən, pedaqoji mühitdən kənarda qalan, müxtəlif qanun pozuntularına yol verdiklərinə görə polis orqanlarına, xüsusi qəbul, saxlama va təcridetmə mərkəzlərinə 577, o cümlədən avaralıq və dilənçiliklə məşğul olduqlarına görə 450 azyaşlı gətirilib.
Bildirilib ki, həmin şəxslərin hər biri barəsində qanunvericiliyə uygun tədbirlər görülüb.
Onlardan 120-i polisdə profilaktiki qeydiyyata götürülüb, şəhər, rayon icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalara 350 material göndərilib.
Bundan başqa, ötən il daxili işlər orqanlarında aşkarlanan 258 fakt üzrə 343 polis əməkdaşı intizam qaydasında cəzalandırılıb. Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib ki, onlardan 105-i xidmətdən xaric olunub, 67-si tutduğu vəzifədən azad edilib, 171-i barədə isə digər tənbeh tədbirləri görülüb.