Aprelin 24-də qida zəhərlənməsi səbəbi ilə TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 10 nəfərin müalicəsi davam etdirilir.
Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavabda bildirilib.
“Tibb müəssisəsinin müvafiq şöbəsində müalicə alan şəxslərin vəziyyətləri stabildir”, - deyə qeyd edilib.