Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var

 15-01-2025

“Chinar Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) maliyyə problemlərindən qurtula bilmir.

Ölkə.az Musavat.com-a istinadən xəbər verir ki, MMC vergiyə olan borcunu uzun müddətdir ödəyə bilmir. Buna görə yenə də məhkəməlik olub. Daha əvvəl 1 milyondan çox borcu olan MMC-nin hazırda vergiyə olan borcu 550 min manatdan çoxdur.

Vergiyə yaranmış borcuna görə MMC məhkəməyə üz tutub. Cavabdeh olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsini göstərib. MMC yaranmış vergi borcuna etiraz edir.

Təsisiçisi Nəsib Yusubov olan MMC daha əvvəl də maliyyə problemləri ilə üz-üzə qalıb. MMC-yə İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsi ilə protokol tərtib edilib, cərimələnib.

Qeyd edək ki, pandemiya dövründə dövlətdən maliyyə dəstəyi də alan holding logistika xidmətləri göstərir.

Şirkət həmçinin Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının üzvüdür.

Bənzər yazılar

0.058541059494019