Dünyanın bir sıra ölkələrində İnstaqram sosial şəbəkəsinin fəaliyyətində problemlər müşahidə olunur.
Ölkə.az report-a istinadən xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən "Downdetector" xidmətinin səhifəsində bildirilib.
8,7 mindən çox istifadəçi tətbiqin işləməməsindən, serverə giriş problemlərindən şikayət edir.
İnstaqramın işindəki nasazlıqlardan ən çox ABŞ, Braziliya, Böyük Britaniya, Kanada, Niderland və Fransanın sosial şəbəkə istifadəçiləri şikayət edirlər.