Lənkəranda şadlıq mərasimində 17 nəfər zəhərlənib

 24-04-2023

Lənkəranda şadlıq mərasimində kütləvi zəhərlənmə olub.

“Report”un Cənub bürosunun məlumatına görə, hadisə rayonun dağ kəndi olan Bəlitonda baş verib. 

Belə ki, ev şəraitində nişan mərasiminə yığışanlardan 17 nəfərin vəziyyəti pisləşib. Təcili yardım maşınları ilə xəstələr Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onlardan 7 nəfərinə ilkin zəruri tibbi yardımlar göstərilərək bir neçə saat sonra evə buraxılıb. Hazırda 10 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri normaldır.

Qida zəhərlənməsi ilə xəstəxanaya gətirilənlərin 9-u uşaq, 7-si qadın və bir nəfər kişi olub.

Bənzər yazılar

0.59645199775696