"Nə kəbinim, nə də nikahım var, mayalanmada isə oğlan yox, qız tutdu" - PRODÜSER TƏRANƏ 

 22-05-2022

"Tanınmışların çoxu övlad dünyaya gətirən kimi, deyirlər ki, kəbinim var. Kəbin heç bir əhəmiyyət daşımır. Nə kəbinim, nə də nikahım var. Tənha anayam. Həyatda bir anam, bir övladım, bir də özüməm. Anamı itirəndən sonra gördüm ki, tək övlad olmaq çətindir".

Lent.az xəbər verir ki, bu sözləri prodüser Təranə Səmədova "Stop" layihəsində deyib.

Hamilə olan Təranə dünyaya gətirəcəyi övladından da danışıb: 

"Anamın ilini verdikdən sonra uşaq istəyirdim. Amma gələn təklifdən imtina etmək istəmədim. Təklif qüvvədən düşə bilərdi. Əslində iki oğul, bir qız olsun istəyirdim. Mədəkiçiltmə əməliyyatı keçirdiyim üçün dedilər ki, iki uşaq alınmayacaq. Mayalanmada isə oğlan yox, qız tutdu. Əsas odur ki, Suelim tək qalmayacaq, bilmək olmaz, ömrüm hara qədərdir". 

Bənzər yazılar

0.56751203536987