“Müzəffər Ordumuzun qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra qarşıda dayanan əsas vəzifə işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi, bərpa-yenidənqurma işlərinin aparılması və qayıdışın təmin edilməsi üçün lazımi infrastrukturun formalaşdırılmasıdır ki, artıq bu proses bir ildir öz uğurlu nəticələrini nümayiş etdirir. 30 ilə yaxın düşmən tapdağında qalan, yeraltı və yürüstü sərvətləri talan edilən, ekologiyası çirkləndirilən, torpaqları minalarla zəhərləndirilən ərazilərimizdə artıq bir ildir sürətli yenidənqurma işləri görülür”.
32gun.az xəbər verir ki, bu fikirləri tanınmış iş adamı, sahibkar Emil Səməndərov deyib.
Onun sözlərinə görə, həyata keçirilən layihələrə nəzər salsaq, qısa zamanda kifayət qədər böyük yol qət edildiyinin şahidi olarıq.
Sahibkar sonda bildirib ki, yerli şirkətlərlə yanaşı, xarici şirkətlər də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrə böyük maraq göstərir: “Artıq bəzi ölkələr işğaldan azad olunan ərazilərimizə investisiya qoyuluşunda iştirak edib. Buna son illər ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və əlverişli investisiya qoyuluşunun təmin edilməsi istiqamətində mühüm islahatlar da təsirini göstərir. Qarşıda isə Azərbaycan xalqını və dövlətini daha böyük siyasi-iqtisadi uğurlar gözləyir və bütün bunların təməli artıq qoyulub”.