Bakıda əks yönə girən avtomobilin sürücüsü DYP-yə məhəl qoymadı və yolda təhlükəli vəziyyət yaratdı - VİDEO

 09-04-2023

Bakıda əks hərəkət istiqamətinə daxil olan avtomobil yolda təhlükəli vəziyyət yaradıb.

Milletinsesi.info xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində, Heydər Əliyev Mərkəzinin yaxınlığında baş verib.

Belə ki, yolun əks istiqamətində gedən “Volkswagen Touareg” markalı avtomobil qarşısında DYP avtomobilini görüncə geriyə doğru hərəkət etməyə başlayıb. Yol polisinin qanunu dayanma tələbinə əməl etməyən avtomobilin sürücüsü sürətli şəkildə geriyə hərəkət edərək digər yola çıxıb və başqa hərəkət iştirakçılarına təhlükə yaradıb.

Sözügedən görüntüləri təqdim edirik:

Bənzər yazılar

0.51175808906555