Bina sakinləri QORXU İÇİNDƏ: 92-ci ildən bu günə həll olmayan PROBLEM - VİDEO

 19-05-2022

Şirvan şəhərində yerləşən 19-cu binanın zirzəmisində üfunət, antisanitariya, zibil və çirkab suları dəhşətli mənzərə yaradıb.

Sakinlərin APA TV-yə verdiyi məlumata görə, 1992-ci ildən zirzəmiyə su yığılır. Binada vəziyyət o həddə gəlib ki, evlərdə üfunət və ağcaqanad əlindən yaşamaq mümkün deyil.

Binanın altına yığılan qrunt suları və kanalizasiyanın birbaşa zirzəmilərə axıdılması binanın altında balaca bataqlıq yaradıb. Bu balaca bataqlıq sakinlərin ən böyük probleminə çevrilib. Binanın altında nə desən tapmaq olar.

Gəmiricilərin məskəninə çevrilən zirzəmidə zibil və iylənmiş heyvan cəsədlərinin əlindən yer yoxdur.

Sakinlər deyirlər ki, şəhərin 70 faizinin yaşadığı binaların əksəriyyətinin vəziyyəti 19-cu binadan heç də fərqli deyil. Binaların çoxu 25-30 ilin binalarıdır və tikinti zamanı bu binaların kanalizasiya sistemi düzgün qurulmayıb. Odur ki, bir çox binada eyni vəziyyət hökm sürür.

Daha ətraflı süjetdə:

Bənzər yazılar

0.20874404907227