Qatili nadir rast gəlinən ayaq ölçüsünə görə tapdılar

 28-03-2023

Rusiyanın Sverdlovsk vilayətində qatili ayaqqabısı sayəsində tapıblar.

Belə ki, cinayət törədilən yerdə həmin şəxsin nadir rast gəlinən, 51 ölçülü idman ayaqqabısı qalıb.

Taqilstroyevski Rayon Məhkəməsi yerli sakin Valentin Kozlovu dostunu qətlə yetirdiyinə görə 11 il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmə müəyyən edib ki, təqsirləndirilən şəxs yaşadığı mənzildə dostu ilə spirtli içki qəbul edib və aralarında mübahisə olub, bu zaman Kozlov dostunu döyərək öldürüb. Sərxoş vəziyyətdə olan cinayətkar qətldən sonra idman ayaqqabısının bir tayını tapa bilmədiyi üçün onu otaqda qoyaraq mənzili tərk edib.

Polislər Kozlovu ayağının nadir rast gəlinən ayaq ölçüsünə görə tapıblar - bundan əvvəl o ayağının iri ölçüsünə görə hüquq-mühafizə işçlərinin diqqətini çəkib.

Mənbə: Mk.ru

Bənzər yazılar

0.4082088470459