Müdafiə Nazirliyinin sabiq idarə rəisinin şikayəti təmin edilmədi

 09-03-2022

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov barəsində seçilmiş həbs qətimkan tədbiri qərarından verilən apellyasiya şikayətinə baxılıb.

MillətinSəsi.info APA-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Şirvanov Mahir Məhərrəm oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 341.2.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən törədildikdə) və digər maddələri ilə ittiham elan edilib. Bakı Hərbi Məhkəməsinin qərarı ilə sabiq idarə rəisi barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bənzər yazılar

0.21888113021851