Niderlandlı gənc metal detektoru ilə minillik xəzinə tapdı 

 17-03-2023

27 yaşlı Lorenzo Rüyter 2021-ci ildə metal detektoru ilə qədim xəzinə tapıb.

Lakin bütün bu müddət ərzində o, kəşfi barədə danışmayıb.

Gəncin tapıntısı indiyədək Milli Muzeydə olub. Orada işçilər tapılan əşyaları araşdırıb, təmizləyib və müəyyənləşdiriblər.

Mütəxəssislərin fikrincə, Lorenzonun aşkar etdiyi zinət əşyaları təxminən eramızın mininci illərinə aiddir. Çox güman ki, onlar varlı bir ailəyə məxsus olub.

Xəzinə hazırda sərgidədir və bundan sonra Rüyterə qaytarılacaq.

Mənbə: gazeta.ru

Bənzər yazılar

0.37679100036621