Azərbaycan millisinin üzvü “Sportinq”ə keçəcək

 09-03-2023

Azərbaycan millisinin futzalçısı Rafael Vilela karyerasını Portuqaliyada davam etdirəcək.

“Report” xəbər verir ki, bu barədə “Record” nəşri məlumat yayıb.

Hazırda Rusiyanın “Tümen” komandasında çıxış edən 30 yaşlı hücumçu “Sportinq”lə anlaşıb. Vilela növbəti mövsümdən Lissabon təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Rafael Vilela mövsümün əvvəlində Qazaxıstanın “Kayrat” klubuna icarəyə verilsə də, 2022-ci ilin dekabrında müqavilə ilə məxsus olduğu “Tümen”ə qayıdıb.

Bənzər yazılar

0.17142796516418