Ağstafa və Beyləqan rayonlarına yeni prokuror təyin edilib.
MilletinSesi.info xəbər verir ki, Baş prokuror Kamran Əliyev bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, Anar Cəfərov 2-ci səlahiyyət müddətinə Ağstafa rayon prokuroru vəzifəsinə təyin olunub.
Bundan başqa, Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə Beyləqan rayonuna yeni prokuror təyin edilib.
Əmrə əsasən, Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Elşad Əzimov Beyləqan rayon prokuroru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, 2010-cu ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Elşad Əzimov əvvəllər İmişli Rayon Prokurorluğunda müstəntiq və böyük müstəntiq, Baş Prokurorluğun Dövlət Təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru və böyük prokuror-metodisti və Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi vəzifələrində işləyib.
Digər əmrlə Məmmədov Fəxri Vahid oğlu Yardımlı rayonunun yeni prokuroru təyin edilib.
Baş prokuror Kamran Əliyevin əmrləri ilə daha dörd rayona prokuror təyin edilib.
Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə, Səadət Rüstəmova Qobustan, Nazim Babayev Qəbələ, Ceyhun Almasov Yevlax, Ramin Hüseynov Göyçay rayonuna prokuror təyin olunub.
Qeyd edək ki, Səadət Rüstəmova (Qobustan), Anar Cəfərov (Ağstafa), Nazim Babayev (Qəbələ), Ramin Hüseynov (Göyçay), Ceyhun Almasov (Yevlax), Vasif Süleymanov (Ağdam) vəzifələrinə yenidən təyin olunublar.