Pentaqon Polşada “Patriot” yerləşdirəcək

 09-03-2022

“Pentaqon Varşavanın təklifi ilə “Patriot” zenit-raket komplekslərini Polşaya göndərmək niyyətindədir”.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının nümayəndəsi Adam Miller məlumat verib.

O qeyd edib ki, söhbət iki “Patriot” batareyasının Polşaya yerləşdirilməsindən gedir.

ABŞ hərbi departamenti hesab edir ki, bu addım Birləşmiş Ştatların müttəfiqlərini və NATO kontingentinin yerləşdiyi əraziləri potensial təhlükədən qorumağa imkan verəcək.

Mənbə: TASS

Bənzər yazılar

0.41581201553345