Madrid derbisi sülhlə bitdi – VİDEO

 26-02-2023

“Real” La Liqanın 23-cü turunda Madrid derbisində “Atletiko” ilə heç-heçə edib (1:1).

Oyunda əsas hadisələr matçın ikinci hissəsində cərəyan edib.

Belə ki, 64-cü dəqiqədə Antonio Rüdigeri itələdiyi üçün Anxel Korrea meydandan qovulub. 78-ci dəqiqədə “Atletiko” azlıqda ikən qol vurub. Xose Ximenes fərqlənib.

Lakin 85-ci dəqiqədə 18 yaşlı Alvaro Rodriges hesabı bərabərləşdirib və “Real Madrid”in əsas komandasında ilk qolunu vurub.

Beləliklə, 23 turdan sonra “Real” turnir cədvəlində 52 xalla 23-ci, “Atletiko” isə 42 xalla 4-cü yerdə qərarlaşıb.

Bənzər yazılar

0.45250296592712