Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatının, sosial-məişət şəraitinin və tibb xidmətinin təşkili ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir.
Bu barədə Müdafiə Nazirliyindən Milletinsesi.info-a verilən məlumatda deyilir.
Müdafiə Nazirliyinin Tibb İdarəsinin müxtəlif istiqamətlərdə yaradılan mobil səyyar qrupları tərəfindən şəxsi heyətin sağlamlığının qorunması məqsədilə profilaktik tədbirlər görülür.
Səyyar stomatoloji kabinetin həkim-mütəxəssisləri tərəfindən ağız boşluğunun sanasiyası, müayinə və müalicəsi, endodontik və lazer plomblarla estetik bərpa işləri görülüb.