İçərişəhərdə qeyd edilən Su çərşənbəsindən FOTOREPORTAJ

 21-02-2023

Paytaxtda Su çərşənbəsi ilə Novruz bayramı üçün hazırlıqlar başlayıb.

Sakinlər İçərişəhərdə su çərşənbəsini qeyd edirlər.

İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona “əzəli çərşənbə”, “gül çərşənbə” də deyirlər.

Bu çərşənbədə suyun dirilməsi özünü göstərir.

Qədim inanclara görə, bu çərşənbə suya tapınma inancı ilə başlayır. İnanca görə, “təzə su”, yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır. Yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qəbul edilir.

PhotoStock.az-ın su çərşənbəsini qeyd edən paytaxt sakinlərindən hazırladığı fotoreportajı təqdim edirik:

Daha çox şəkil burada: PhotoStock.az

Bənzər yazılar

6.829756975174