TARİXİ ŞƏHƏRLƏR - Şuşa və Veliko Tırnovo əlaqələri GENİŞLƏNDİRİRLƏR

 21-02-2023

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun rəhbərliyi altında xüsusi nümayəndəliyin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin məsul əməkdaşları Şuşa ilə qardaşlaşmış Bolqarıstanın Veliko Tırnovo şəhərində rəsmi səfərdədirlər.

Səfərin əsas məqsədi tarixi paytaxt Veliko Tırnovo ilə Şuşa şəhərləri arasında mədəniyyət əlaqələrini genişləndirmək və bu məqsədlə qarşılıqlı səfərlər təşkil etməkdir. Səfər çərçivəsində xüsusi nümayəndə Veliko Tırnovo şəhərinin meri Daniyel Panov və vilayətin qubernatoru Georgi Guguçkov ilə görüşlər keçirib, hər iki tarixi şəhərin daha da sıx əməkdaşlığı istiqamətində fikir mübadiləsi aparıb. 

Səfər zamanı Aydın Kərimov Heydər Əliyev Fondu tərəfindən 2016-cı ildə bərpa edilmiş Veliko Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunda da olub. Bununla yanaşı, qonaqlara “Səs və işıq” adlı audio-vizual proqram təqdim olunub.

Bənzər yazılar

0.86583995819092