Beynəlxalq Şəffaflıq Təşkilatı ("Transparency İnternational") 2022-ci il üçün "Korrupsiya Qavrama İndeksi-2022" adlı hesabatını açıqlayıb.
Yeniavaz.com Beynəlxalq Şəffaflıq Təşkilatının açıqladığı hesabata istinadən bildirir ki, Azərbaycan korrupsiyanın səviyyəsinə görə 23 balla 180 ölkə arasında 157-ci sırada yer alıb.
10 il əvvəl – 2013-cü illə müqayisədə Azərbaycanın mövqeyi 20 pillə pisləşib.
Müqayisə üçün bildirək ki, son 10 ildə qonşu ölkələr arasında korrupsiya səviyyəsinin ən çox pisləşdiyi ölkə Türkiyə olub.
2013-cü ildə 53-cü sırada olan Türkiyə ötən il 101-ci sıraya geriləyib. Gürcüstan və Ermənistanın mövqeyi isə yaxşılaşıb. Gürcüstan 55-ci sıradan 41-ci, Ermənistan isə 94-cü sıradan 63-cü sıraya yüksəlib.
Müəllif A. Cəfərov
Mənbə Yeniavaz.com