Bakının Nizami rayonunda ikimərtəbəli yaşayış binasının sökülməsinə başlanılıb.
Trend xəbər verir ki, bina Tofiq Abbasov və Özbəkistan küçələrinin kəsişməsində yerləşir.
Həmin binadan artıq sakinlər tam köçürülüb.
Sakinlərin bildirdiklərinə görə, bina yaşayış üçün tam yararsız olduğundan söküləcək və yerinə müasir standartlara cavab verən yeni bina tikiləcək.
Həmçinin proses davam edənədək köçürülən ailələrin kirayə haqqı qarşılanacaq.
Qeyd edək ki, Bakının Nizami rayonunda bir neçə yaşayış binasının sökülməsinə başlanılıb.