Prezident İlham Əliyev yanvarın 29-da Macarıstana rəsmi səfərə gedib.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Prezident İlham Əliyevi və birinci vitse-prezident Mehriban Əliyevanı Macarıstanın müdafiə naziri Kriştof Salay-Bobrovniczky, Macarıstan Prezidentinin xarici əlaqələr və diplomatiya üzrə müşaviri Kriştof Altus və digər rəsmi şəxslər qarşılayıblar.