Rusiya XİN sözçüsü Mariya Zaxarova: "Azərbaycan səfirliyinə hücum bizi şoka salıb"

 27-01-2023

"Azərbaycan səfirliyinə hücum zamanı bir təhlükəsizlik əməkdaşının öldürülməsi bizi şoka salıb".

TASS xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı yazıb.

“Azərbaycan səfirliyinə təhlükəsizlik əməkdaşının həlak olması ilə nəticələnən növbəti hücum xəbəri bizi sarsıtdı. Amma Azərbaycan səfirliyinin mühafizə əməkdaşı şir kimi vuruşdu”.

O, azərbaycanlı həmkarlarına başsağlığı verib və dəstək ifadə edib: “Bu barədə daha sonra ətraflı şərh verəcəyik."

Diplomat həmçinin azərbaycanlı həmkarlarına başsağlığı verib.

Qeyd edək ki, bu gün Tehranda Azərbaycan səfirliyinə silahlı hücum edilib. Hadisə nəticəsində mühafizə rəisi şəhid olub, onun iki həmkarı yaralanıb.

Bənzər yazılar

0.44463610649109