Bakı Apellyasiya Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən 75 yaşlı İdris Məhərrəmovun məhkəməsi yekunlaşıb. Məhkəmə onun apellyasiya şikayətini təmin etməyib.
MillətinSəsi.info xəbər verir ki, buna qədər isə Bakı Ağır Cinayətlər Məhkəməsi gəlinini amansızlıqla qətlə yetirən 75 yaşlı İdris Məhərrəmovu 18 il müddətinə azadlıqdan məhrum edib.
İTV-də yayımlanan "Qanundan kənar" verilişində İ.Məmmədovun törətdiyi dəhşətli qətllə bağlı istintaq çəkilişi yayımlanıb. Ürəyi zəif olanlardan görüntülərə baxmamaq tövsiyə olunur.