Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, keçmiş Baş nazir Binəli Yıldırım 20 Yanvar Ümumxalq Hüzn Günü ilə bağlı başsağlığı verib.
Yıldırım bu barədə özünün “Twitter” hesabında paylaşım edib.
“1990-cı il yanvarın 20-də Azərbaycanın azadlığına doğru gedən yolda canlarını fəda edən qardaşlarımızı rəhmətlə yad edirəm”, - deyə o, paylaşımında qeyd edib.
20 Ocak 1990’da Can #Azerbaycan’ın azadlığa giden yolunda canlarını feda eden kardeşlerimizi rahmetle anıyorum. ????????????????#20Yanvar #QaraYanvar
— Binali Yıldırım (@BY) January 20, 2023