Masazır sakinləri Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsi) “Qurtuluş 93” Yaşayış Kompleksi istiqamətində gedən ikizolaqlı avtomobil yolunun ətrafında aparılan inşaat işlərinin sözügedən yolda maneələrə və hər iki istiqamətdə uzun tıxaclara səbəb olduğunu deyirlər.
Bu barədə məlumat verən Masazır qəsəbəsinin sakinləri bildirirlər ki, inşaat işlərini aparanlar beton maşınlarını, digər texnikaları bu yolda saxlayırlar:
“Ona görə də sürücülər məcbur qalıb əks istiqamətdə yola çıxmalı olurlar. Bu, həm qəza şəraitinin yaranmasına, həm də uzun tıxaclara səbəb olur”.
Sakinlərin sözlərinə görə, tıxac Masazır dairəsindən başlayaraq “Qurtuluş 93” Yaşayış Kompleksinə qədər gedib çıxır. Onlar bildirirlər ki, bu da sürücülərin və sərnişinlərin narazılığına səbəb olur.
Sakinlər ərazidən fotoları redaksiyamıza təqdim ediblər: