Kayseridə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri arasında GÖRÜŞ BAŞA ÇATIB

 21-12-2022

Türkiyənin Kayseri şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Caunşer Burçuladze arasında görüş başa çatıb.

“Report” xəbər verir ki, görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Nazirlər eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Z.Həsənov dekabrın 20-də Türkiyəyə səfərə edib.

Bənzər yazılar

0.22054600715637