Azərbaycan Qarabağ ermənilərinə humanitar yardımlar göstərməyə hazır olduğunu BƏYAN EDİB

 15-12-2022

“Qarabağda erməni əhalinin nə qida, nə tibbi ləvazimatlarla bağlı heç bir problemi yoxdur. Azərbaycan tərəfi humanitar istiqamətlərlə bağlı nə yardıma ehtiyac varsa, qarşılamağa hazırdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

XİN başçısı qeyd edib ki, ərazidə qaz təchizatı ilə bağlı məsuliyyətli tərəf Azərbaycan deyil:

“Yəni qazla bağlı deyilənlər feykdir. Dağlıq ərazilərdə soyuq hava şəraiti ilə əlaqəli mütəmadi problemlər qeydə alınır. Yerli erməni əhalinin başında duranlar yalan informasiyalar yayırlar. Özləri süni şəkildə ünsiyyətdən yayınırlar. Ola bilsin ki, dekabrın sonunda Ermənistanın xarici işlər naziri ilə görüşüb sülh müqaviləsi ilə bağlı danışıqlar aparacağıq”.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov həmçinin bildirib ki, son iki il ərzində üçtərəfli formatda müxtəlif vaxtlarda görüşlər keçirilib:

“Digər formatlarda görüşlərin keçirilməsi istisna deyil. Azərbaycan tərəfi istənilən formatda görüşlərin keçirilməsini hər zaman dəstəkləyir. Müsbət nəticələr olmasa da, açıq mövzuların müzakirəsi müsbət haldır. Ən azından qarşı tərəf üzərinə götürdüyü öhdəliklərlə bağlı vədlərini də yerinə yetirməlidir. Azərbaycan tərəfi dialoqa hər zaman açıq olub”.

Nazir bildirib ki, dialoqu irəli aparan tərəf Azərbaycan olub: “Azərbaycanın dialoqa açıq olması, bu məsələnin əməkdaşlıq şəraitində həll olunmasının dəstəklədiyini bir daha göstərir. Bu yanaşmanı Azərbaycan daha əvvəl də göstərib. Laçın yoluna alternativ yolun çəkilməsi prosesində orada yerli erməni əhalisi ilə ünsiyyətləri də oldu, onların bir sıra xahişləri nəzərə alındı”.

Bənzər yazılar

0.20639085769653