Seymur Talıbovun adı Naxçıvan Dövlət Universitetinin SAYTINDAN ÇIXARILIB? - FOTOFAKT

 08-12-2022

Son günlər ölkə mətbuatında Seymur Talıbovun Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektor vəzifəsindən azad olduğu barədə məlumatlar yayılıb. Onun Naxçıvanda baş verən son hadisələr səbəbindən vəzifəsindən azad olunduğu iddia edilir.

Yeniavaz.com
 xəbər verir ki, NDU-nun rəsmi saytında Beynəlxalq Əlaqələr üzrə prorektor hissəsindən S.Talıbovun adı çıxarılıb.

İnternet axtarış sistemlərində Seymur Talıbovun adı universitetin saytının sözügedən hissəsində göstərilsə də, səhifəyə daxil olduqda orada heç bir məlumatın olmadığı görünür.




Məsələ ilə bağlı açıqlama almaq üçün NDU ilə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verilmədi.

Xatırladaq ki, daha əvvəl Manset.az saytı NDU-nun rektoru Elbrus İsayevin səsləndirilən iddiaları yalanlaması barədə məlumat yayıb.

“Seymur müəllimin işdən azad olunması haqda xəbər doğru deyil. Belə bir rəsmi qərar yoxdur. Prorektorun işdən azad olunması məsələsi mənim səlahiyyətimdə deyil, Elm və Təhsil Nazirliyinin səlahiyyətindədir. Buna baxmayaraq, belə bir rəsmi qərar yoxdur. Seymur müəllim universitetin Beynəlxalq Əlaqələr üzrə prorektorudur”, - E.İsayev açıqlamasında bildirib.

Qeyd edək ki, S. Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğludur.

Bənzər yazılar

0.21068596839905