Bakıda keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokunun proqramında dəyişiklik edildi

 02-11-2022

5-6 noyabrda Bakı İdman Sarayında keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokunun proqramında dəyişiklik edilib.

Təəssüflə qeyd etməliyik ki, Serbiya yığması bu yarışda iştirak edə bilməyəcək. Bu komandanın əksər üzvlərində COVİD-19 virusu aşkarlanıb.

Beləliklə, Dünya Kubokunda 5 komandanın - Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və Dünya yığmasının iştirak edəcəyi dəqiqləşib. Serbiya millisiylə eyni qrupda yer alan Azərbaycan və Dünya yığmasına texniki qələbə veriləcək.

Bənzər yazılar

0.27096509933472