55 yaşlı futbolçu peşəkar karyerasında vurduğu qolla dillərə düşdü - VİDEO

 02-11-2022

Futbol üzrə Yaponiya milli komandasının sabiq hücumçusu, 55 yaşının olmasına baxmayaraq, hələ də peşəkar karyerasını davam etdirən Kazuyoşi Miura növbəti dəfə adından söz etdirib.

O, Yaponiya çempionatının dördüncü divizionunda penaltidən fərqlənib.

Miura vurduğu qoldan sonra qələbə sevincini özünəməxsus şəkildə qeyd edib.  

Qeyd edək ki, 1967-ci il təvəllüdlü Kazuyoşi Miura Yaponiya millisindən əlavə, İtaliyanın “Genoa”, Xorvatiyanın “Dinamo” (Zaqreb), Braziliyanın “Santos” kimi məşhur klublarında çıxış edib.

Mənbə: Championat

Bənzər yazılar

0.22723793983459