İsveç Ukraynaya daha müasir SİLAH VERƏCƏK

 01-11-2022

İsveç yeni müdafiə siyasətinin nümunəsi kimi Ukraynanı daha müasir silahlarla təmin edəcək.

Bu barədə İsveçin müdafiə naziri Pol Yonson bildirib.

O qeyd edib ki, İsveç Rusiyaya qarşı müharibədə Kiyevi daha fəal dəstəkləyəcək.

“Mənim Ukraynanın müdafiə naziri Aleksey Reznikovla ilk ikitərəfli görüşüm oldu”, - deyə Yonson bildirib. 

Qeyd edək ki, İsveç hökuməti məhz hansı müasir silahların göndəriləcəyini hələ dəqiqləşdirməyib.

Mənbə: Yevropeyskaya pravda

Bənzər yazılar

0.15798211097717