Vergi borcu olan şirkət Bakı meriyasının 6 MİLYONLUQ TENDDERİNİ UDUB

 31-10-2022

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin keçirdiyi tender müsabiqələrinin qalibi “R.V. Yol İnşaat” MMC olub.

Yeniavaz.com xəbər verir ki, Bakı meriyası paytaxt ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınmasına görə “R.V. Yol İnşaat” MMC-yə 6 milyon 14 min 521 manat 25 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, 20 manat nizamnamə kapitalı olan “R.V. Yol İnşaat” MMC-nin qanuni təmsilçisi Bəndəliyev Zülfəli İsrafil oğludur. Şirkət 7 yanvar 2009-cu ildə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, 6 milyonluq tenderin qalibi olan “R.V. Yol İnşaat” MMC-nin ötən günə olan tarixə görə 8 min 78 manat 34 qəpik vergi borcu var.

Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.

Müəllif Elnur Əli

Mənbə Yeniavaz.com 

Bənzər yazılar

0.23384094238281