1xBet EGR Operator Awards 2022-də üç kateqoriya ÜZRƏ NAMİZƏDDİR

 26-10-2022

Dünyaca məşhur 1xBet brendi mərc sənayesinin ən yaxşı nümayəndələrindən biri olduğunu bir daha sübut etdi. Milyonlarla istifadəçi tərəfindən sevilən şirkət nüfuzlu EGR Operator Awards 2022-də üç kateqoriya üzrə namizəddir.

2004-cü ildən bəri keçirilən beynəlxalq mükafatın təsisçiləri 1xBet-i ən yaxşıların ən yaxşısı siyahısına əlavə etmələri ilk dəfə deyil. Bu il şirkət üç kateqoriya üzrə qələbələr uğrunda mübarizə aparacaq:

  • «İlin ən yaxşı kiberidman operatoru»;
  • «İlin ən yaxşı kriptovalyuta operatoru»;
  • «Ən yaxşı idman mərci üçün mobil məhsul».

1xBet nümayəndəsi Aleks Sommers ümid edir ki, EGR Operator Awards 2022-nin nəticələrinə əsasən brend namizədlərdən daha statuslu qaliblər roluna keçəcək.

“Bizim zəhmətimizin təkcə 1xBet istifadəçiləri tərəfindən deyil, həmçinin qumar sənayesinin hörmətli ekspertlərinin diqqətini çəkdiyini bilmək çox xoşdur. Maraqlıdır ki, son bir ildə xüsusi canfəşanlıqla inkişaf etdirdiyimiz proseslərin nominasiyalarına daxil olduq”, - Sommers bildirib.

Kiberidman -  1xBet  üçün ən vacib istiqamətlərindən biridir. Bukmeker xəttində mərc edə biləcəyiniz kiberidman tədbirlərinin aylıq sayı yüzlərlə, hadisələrin sayı isə onlarladır. Brend müntəzəm olaraq böyük CS:GO və Dota 2 turnirləri üçün ən yaxşı mükafatlarla tematikalı aksiyalar keçirir və bu yaxınlarda şirkət tərəfdaşları siyahısında OG Esports, Team Spirit, Tundra Esports yer alıb.

1xBet öz mobil tətbiqini təkmilləşdirmək üçün də səmərəli işlər görmüşdür. Görünür, bu, diqqətdən yan keçməyib və “Ən yaxşı idman mərci üçün mobil məhsul” nominasiyasında yer almağa səbəb olub. Son bir il ərzində tərtibatçılar istifadəçilər üçün xoş olan bir çox dəyişikliklər təqdim etdilər: qlobal redizayn edildi, bunun sayəsində istifadə etmək daha rahat oldu. 1xBet  mobil proqramı ilə siz bir neçə toxunuşla dünyanın istənilən yerindən pul qazana bilərsiniz.

“İlin ən yaxşı kriptovalyuta operatoru” nominasiyasına düşmək 1xBet -in innovasiyaların önündə qalmaq istəyindən xəbər verir. Xüsusilə, bukmeker müştərilərə hesabı 20-dən çox kriptovalyuta ilə artırmaq funksiyasını təklif edir: Bitcoin, Ethereum, Tether, Litecoin və dəgərləri. Bundan əlavə, istifadəçilər PSJ, Juventus, Roma futbol klublarının tokenlərindən istifadə edərək depozit qoya və ya vəsait çıxara bilərlər.

EGR Operator Awards ənənəvi olaraq tanınmış qumar jurnalı eGaming Review Magazine tərəfindən təşkil olunur. Heykəlciklərin təqdimatı 2022-ci il oktyabrın 27-də Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək.

Mükafatlandırma mərasimində onlarla ölkədən dünyanın aparıcı sənaye şirkətlərinin nümayəndələri iştirak edəcək. Qaliblər müstəqil xarici EGR hakimlərindən ibarət nüfuzlu münsiflər heyəti tərəfindən müəyyən ediləcək.

1xBet haqqında

1xBet , 2007-ci ildə əsası qoyulmuş, dünya səviyyəli şirkət kimi tanınmış innovativ mərc brendidir. Brendin müştəriləri 60`dan çox idman növü üzrə minlərlə tədbirə mərc edə bilərlər. Şirkətin veb-saytı və tətbiqi 60`dan çox dildə mövcuddur.

1xBet tanınmış idman klubları və təşkilatları ilə əməkdaşlıq edir: PSJ, Barselona, ​​Lill, İtaliya A Seriyası, Afrika Futbol Konfederasiyası və s. Bundan əlavə, 1xBet -in tərəfdaş portfelinə Team Spirit, OG Esports, K23, Tundra Esports və MIBR kimi məşhur kiberidman təşkilatları daxildir.

Bukmeker dəfələrlə IGA, SBC, G2E Asia, EGR Nordics Awards və digərləri daxil olmaqla, nüfuzlu mükafatların namizədi və qalibi olmuşdur.

Bənzər yazılar

0.24466609954834