Çempionlar Liqası: “Çelsi” pley-offda, “Sevilya” 3 xalı 3 qolla qazandı - VİDEO

 25-10-2022

UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib.

Milletinsesi.info-ın məlumatına görə, dörd qrupda keçiriləcək səkkiz oyundan bəziləri artıq başa çatıb.

E qrupunda İngiltərənin “Çelsi” klubu Avstriyada “Zaltsburq”a qalib gələrək 1/8 finala vəsiqəni təmin edib - 1:2.

G qrupunda isə Danimarka “Kopenhagen”i “Sevilya” ilə İspaniyadakı görüşdə məğlub olub - 0:3.

Qeyd edək ki, daha əvvəl İtaliyanın “Napoli”, Belçikanın “Brügge”, Almaniyanın “Bavariya”, İspaniyanın “Real Madrid” və İngiltərənin “Mançester Siti” komandaları da pley-offa vəsiqəni təmin ediblər.

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

25 oktyabr

E qrupu

Zaltsburq” (Avstriya) - “Çelsi” (İngiltərə) 1:2

G qrupu

Sevilya” (İspaniya) - “Kopenhagen” (Danimarka) 3:0

Bənzər yazılar

0.20997095108032